Gəncədə bədbəxt hadisə

Day.Az представляет новость на азербайджанском языке

Suyun gəlməsini yoxlamaq üçün su çəninin üstünə çıxan kişi yıxıldı.

Kəpəz TV (Region TV) xəbər verir ki, Gəncədə su çəninin üstündən yıxılan kişi ağır vəziyyətdə Gəncə şəhər Təcili Tibbi Yardım Xəstəxanasına gətirilib. Hadisə bu gün səhər saatlarında baş verib.

Mehmandarov küçəsi, ev 97 ünvanında yaşayan Həmzə Əmirxanovu müayinə edən həkimlər ona kəllə-beyin travmasının ağır dərəcəsi diaqnozunu qoyublar, vəziyyəti ağır olduğundan reanimasiya şöbəsinə yerləşdirilib.

Yaxınlarının dediklərinə görə, Həmzə Əmirxanov suyun gəlməsini yoxlamaq üçün su çəninin üstünə çıxıb və ehtiyatsızlıqdan yıxılıb.

Faktla bağlı araşıdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.