https://news.day.az/azerinews/783553.html Zaqatalada 18 yaşlı qız ağır yaralandı

Zaqatalada 18 yaşlı qız ağır yaralandı

Azərbaycanca, 23 мая 2016 13:18 (UTC +04:00) 3 043
Zaqatalada 18 yaşlı qız ağır yaralandı

Day.Az представляет новость на азербайджанском языке

Zaqatala rayonunda 18 yaşlı qız bədbəxt hadisə nəticəsində xəsarət alıb. 

Day.Az APA-ya istinadən bildirir ki, mayın 22-də rayonun Əliabad qəsabə sakini, 1998-ci il təvəllüdlü, Zeynəb Nurməmməd qızı Nurməmmədova müxtəlif dərəcəli bədən xəsarətləri ilə Zaqatala Rayon Mərkəzi Xəstəxanasının reanimasiya şöbəsinə yerləşdirilib, vəziyyəti orta-ağır qiymətləndirilir.
 
Zaqatala rayon Polis Şöbəsindən bildirilib ki, kənd sakini Nurməmməd Nurməmmədov idarə etdiyi qoşqulu motosikletlə ailə üzvləri ilə birlikdə əkin sahəsindən evə qayıdarkən, motosikletin qoşqusunda olan qızı Zeynəb Nurməmmədova ehtiyatsızlıqdan yıxılıb. Nəticədə Zeynəb Nurməmmədova müxtəlif dərəcəli bədən xəsarətləri alıb. 
 
Faktla bağlı Zaqatala rayon PŞ-də araşdırma aparılır. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости