“Qızıma atalıq etməyib...”

Day.Az представляет новость на азербайджанском языке

"Qızıma atalıq etməyib, hər şeyi Allahın ixtiyarına buraxıram. Bu dünyada olmasa da , o biri dünyada bumeranq təpəsinə düşəcək".

"Qafqazinfo" xəbər verir ki, bu sözləri "Xəzər Maqazin"ə açıqlamasında rəqqasə Fatimə Fətəliyeva deyib.

Aktrisa eks-həyat yoldaşının qızı Aydan ilə maraqlanmadığını söyləyib.

Rəqqasə bildirib ki, o, buna baxmayaraq qızının toyunda atasının iştirakına icazə verəcək:

"Qızıma elçilər gəlir, ancaq universiteti bitirsin, təhsilini başa vursun. Onu ailəli kübar xanım kimi görmək istəyirəm. İnşallah, nənə də olaram. Onun atası da toyunda iştirak edə bilər.

F. Fətəliyeva bu sahədə paxıl insanların çoxluğundan şikayətlənib:

"Başımı itirmişəm, çox yorulmuşam. İnstaqramda xınayaxdı ilə bağlı dekor qoyuram, O dəqiqə özəlləşdirirlər. Hər səhər qalxıb səhifəmə baxırlar, xınam olanda ürəkləri tutur. Söhbətə baxın, deyirlər ki, Fatimə hansı falçının yanına gedir? Bunu eşidəndə şoka düşdüm".

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.