Məryəm Uzerli "Eşkıya Dünyaya Hükümdar Olmaz"a qatılır
Day.Az представляет новость на азербайджанском языке
Yayda aktrisa Məryəm Uzerlinin "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialına qatılacağı deyilmişdi.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, ancaq yeni mövsümdə Məryəmin heyətdə olmaması bu işin alınmaması kimi şərh edilmişdi. Dünən yayılan xəbərlərdə isə iddia edilir ki, aktrisa yanvarda seriala daxil olacaq. O, ekran işində rus casusunu canlandıracaq. Bu səbəbdən də aktrisa silah dərsləri alır. O, Tarık Ünlüoğlunun canlandırdığı "Ünal" obrazının adamı olaraq kamera qarşısına keçəcək.
Qeyd edək ki, bu mövsüm "Eşkıya Dünyaya Hükümdar Olmaz" serialının heyətinə Sanem Çelik də qatılıb.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре