https://news.day.az/azerinews/848140.html "Kurtlar Vadisi"nin başlayacağı vaxt açıqlandı - Adı dəyişir

"Kurtlar Vadisi"nin başlayacağı vaxt açıqlandı - Adı dəyişir

Azərbaycanca, 7 декабря 2016 17:19 (UTC +04:00) 4 728
"Kurtlar Vadisi"nin başlayacağı vaxt açıqlandı

Day.Az представляет новость на азербайджанском языке

Hamının maraqla gözlədiyi "Kurtlar Vadisi Pusu" ilə bağlı yeni xəbərlər yayılıb. Qaynarinfo.Az xəbər verir ki, Türkiyə mətbuatı serialın başlayacağı vaxtı açıqlayıb.

Amma "Kurtlar Vadisi Pusu" adı ilə yox, yeni adla. İddia olunur ki, "Pana Film" serialın "Kurtlar Vadisi Darbe" adlandırılmasına qərar verib.

Məlumata görə, "Kurtlar Vadisi Darbe" 2017-ci ilin yanvar ayından yayıma başlayacaq. Serialın yayımlanacağı kanala gəlincə, bu ya TV8, ya da "Show TV" olacaq.

"Kurtlar Vadisi Darbe"nin əsas mövzusunun 15 iyul çevriliş cəhdindən öncə və sonra yaşananlar, Fətullah Gülənin başçılıq etdiyi FETÖ və PYD kimi qeyri-qanuni quruluşlar olacaq.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости