Polislər yolda qalan sürücülərə kömək etdilər

Day.Az представляет новость на азербайджанском языке

Buzlu yollarda sürücülərin təhlükəsizliyini təmin etmək məqsədi ilə İsmayıllıda Baş Dövlət Yol Polisinin əməkdaşları maarifləndirici reyd keçiriblər. 

ARB Şəki xəbər verir ki, yol polisləri tərəfindən yolda qalan sürücülərə köməklik göstərilib, avtomobillərin texniki nasazlığı yoxlanılıb.

Sürücülərə şaxtalı hava şəraitində avtomobillərində təkərlərə zəncirlərin taxılması, şüşə silgəclərinin və şüşəyuyanların, xarici işıq cihazlarının işlək vəziyyətdə olması tövsiyə edilib. Mövsümə hazırlıqsız maşınlar Muğanlı-İsmayıllı dolaylarına buraxılmayıblar. Eləcə də 9 Saylı Yol İstismar İdarəsinin texnika və işçi qüvvəsi avtomobillərin intensiv hərəkətini təmin etmək məqsədilə dolaylara cəlb olunub.

Yolun hərəkət hissəsi qardan təmizlənib, qum və duz səpilib. Hazırda gediş-gəlişdə heç bir problem yaşanmır. Qarın fəsadlarının aradan qaldırılması üçün lazım olan bütün tədbirlər görülür. Lakin yol kənarlarındakı buzların əriməsi və axşama doğru temperaturun aşağı düşməsi nəticəsində yolların buz bağlayacağı ehtimalı nəzərə alınaraq sürücülərə ehtiyatlı olmaları tövsiyə edilir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Videonu izləmək üçün şəklə klikləyin:
Polislər yolda qalan sürücülərə kömək etdilər