"İçerde"nin çəkilişində qalmaqal, polis işə qarışdı - FOTOLAR
Day.Az представляет новость на азербайджанском языке
"İçerde" serialının çəkilişləri zamanı gözlənilməz hadisə yaşanıb.
Axşam.az-ın Türkiyə mətbuatına istinadən məlumatına görə, Maçka parkında aparılan çəkilişlərin zamanı ssenari əsasında tapanca atəşi açılınca ətrafdakı insanlar panikaya düşüblər. Serial çəkimindən xəbərsiz olan vətəndaşlar özlərini yerə atıblar.
Hadisə anlaşılan zaman bir qrup adam yaradıcı heyətə yaxınlaşaraq "Parkda silah atarlar? Sizi içəri atdıraq, görün" deyərək parka polis çağırıblar. Çəkilişlərin icazəli olduğu dəqiqləşsə də, iş prosesi çətinliklə davam etdirilib.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре