https://news.day.az/azerinews/891376.html "Bütün günü internetdə uşağım üçün adlara baxıram" - ata olmağa hazırlaşan Elçin

"Bütün günü internetdə uşağım üçün adlara baxıram" - ata olmağa hazırlaşan Elçin

Azərbaycanca, 29 апреля 2017 03:30 (UTC +04:00) 7 128
"Bütün günü internetdə uşağım üçün adlara baxıram"

Day.Az представляет новость на азербайджанском языке

"Gecə-gündüz internetdə uşağım üçün adlara, onların mənasına baxıram. Maraq çəkən bir ad istəyirəm. Seçilməyi sevən insanam. Bu mənim geyimlərimdə, mahnılarımda da özünü göstərir. Yəqin ki, seçilən bir ad qoyacam".

Axşam.az-ın məlumatına görə, bu sözləri müğənni Elçin Cəfərov "Hər şey daxil" verilişində deyib.

Ata olmağa hazırlaşan ifaçı gələcək övladından danışıb:

"Uşaqla bağlı heç nə düşünmürəm. Düşünürəm ki, nəsə almaq, plan qurmaq tezdir. Amma elə bil başqa bir Elçin olmuşam. Nədir bilmirəm. Yəqin ata olandan sonra biləcəm. Mənim üçün cinsiyyətin fərqi yoxdur, Allah nə versə qəbuldur".

Qeyd edək ki, E.Cəfərov xalq şairi Sabir Rüstəmxanlının qızı Aydanla ailəlidir.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости