"Bu il qeydə alınmış 78 qəsdən adam öldürmə cinayətindən 76-sı açılıb"
Day.Az представляет новость на азербайджанском языке
Azərbaycanda bu il qeydə alınan cinayət hadisələrinin statistikası açıqlanıb.
Day.Az APA-ya istinadən xəbər verir ki, Baş Prokurorluqda keçirilən geniş əməliyyat müşavirəsində çıxış edən Baş prokuror Zakir Qaralov bildirib ki, 2017-ci ilin birinci yarımilində istintaq və əməliyyat-axtarış fəaliyyəti sahəsində görülmüş birgə tədbirlər nəticəsində hesabat dövründə cinayətlərin açılması 2016-cı ilin müvafiq dövrü ilə müqayisədə 1,3% yaxşılaşaraq 85,4% təşkil edib, həmçinin daxili işlər orqanları ilə birgə həyata keçirilmiş qabaqlayıcı tədbirlər nəticəsində əvvəlki illərdən bağlı qalmış 288 cinayətin açılması təmin edilib.
Z. Qaralov deyib ki, hesabat dövründə qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətlərinin açılmasına və onları törətmiş şəxslərin müəyyən olunaraq məsuliyyətə cəlb edilmələrinə xüsusi önəm verilməklə, daim diqqət mərkəzində saxlanılıb. Görülmüş tədbirlərin, habelə prokurorluğun Daxili İşlər Nazirliyi və Dövlət Təhlükəsizliyi Xidmətinin əməliyyat qurumları ilə həyata keçirilən əlaqəli işin nəticəsində hesabat dövründə qeydə alınmış 78 qəsdən adam öldürmə cinayətindən 76 hadisənin açılması təmin olunub. Qəsdən adam öldürmə cinayətlərinin sayı 2016-cı ilin birinci yarımili ilə müqayisədə 9 hadisə azalmaqla, onların açılması əsasən sabit qalıb, qəsdən adam öldürməyə cəhd cinayətlərinin isə 100% açılması təmin edilib:
"2017-ci ilin birinci yarımilində qəsdən adam öldürmə və qəsdən adam öldürməyə cəhd cinayətləri ilə yanaşı, mülkiyyət əleyhinə olan cinayətlər, eləcə də yol-nəqliyyat hadisələri və qəzalarda xəsarət alanların sayı azalıb. Həyata keçirilmiş əməli tədbirlər nəticəsində 2016-cı ilin birinci yarımilinə nisbətən hesabat dövründə qeydə alınmış yol-nəqliyyat hadisələrinin sayı 57 fakt azalaraq 848 fakt, xəsarət alanların sayı 138 fakt, yəni 832 nəfər azalsa da təəssüf hissi illə qeyd edilməlidir ki, həmin hadisələr zamanı ölənlərin sayı 11 fakt artaraq 315 nəfər təşkil edib.
Digər hüquq mühafizə orqanları ilə qarşılıqlı əlaqəli şəkildə qeydə alınmış cinayətlərin artım tendensiyasının qarşısının alınması və törədilmə müddətindən asılı olmayaraq bağlı qalan cinayətlərin açılması, təqsirli şəxslərin müəyyən olunaraq cinayət məsuliyyətinə cəlb edilmələri istiqamətində zəruri istintaq və əməliyyat-axtarış tədbirlərinin davam etdirilməsi ilə bağlı müvafiq tapşırıqlar verilib".
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре