https://news.day.az/azerinews/977778.html "Niva" hasara çırpıldı: sürücü öldü

"Niva" hasara çırpıldı: sürücü öldü

Azərbaycanca, 15 февраля 2018 10:54 (UTC +04:00) 1 198
"Niva" hasara çırpıldı: sürücü öldü

Day.Az представляет новость на азербайджанском языке

İsmayıllı rayonunda ölümlə nəticələnən avtomobil qəzası baş verib.

Day.Az APA-ya istinadən xəbər verir ki, hadisə bu gün rayonun Çayqovuşan kəndi ərazisində qeydə alınıb.

Qalacıq kənd sakini, 1966-cı il təvəllüdlü Məlikov Elxan Ağa oğlunun idarə etdiyi "Niva" markalı minik avtomobili qar və buz səbəbindən dairəvi yol ayrıcında idarəetmədən çıxaraq hasara çırpılıb.

Sürücü Elxan Məlikov hadisə yerində ölüb, avtomobildə olan sərnişin, 1983-cü il təvəllüdlü Hacıyev Asim Mustafa oğlu yüngül xəsarət alıb.

O, xəstəxanada ilkin tibbi yardım aldıqdan sonra evə buraxılıb.

Faktla bağlı İsmayıllı rayon Polis Şöbəsi tərəfindən araşdırma aparılır.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости