Formula 1 Azərbaycan Qran Prisində birinci sərbəst yürüş başa çatdı - YENİLƏNİB
Day.Az представляет новость на азербайджанском языке
-----------
15:23
Bakıda Formula 1 Azərbaycan Qran Prisində birinci sərbəst yürüş başa çatıb.
Milli.Az-ın məlumatına görə, bu mərhələdə ən yüksək nəticəni 1:44.242 dəqiqə ilə finlandiyalı Valtteri Bottas ("Mercedes") göstərib.
İkinci nəticə "Red Bull" pilotu Daniel Rikkiardo (1:44.277), üçüncü nəticə isə "Force India" pilotu Serxio Peresə (1:45.075) aiddir.
Qeyd edək ki, bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisində pilotların birinci sərbəst yürüşü başlayıb.
Sərbəst yürüşlərdə 10 komandadan 20 pilot iştirak edir.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
----------
13:09
Bu gün Bakıda Formula 1 Azərbaycan Qran Prisində pilotların birinci sərbəst yürüşü başlayıb.
Day.Az Trend-ə istinadən xəbər verir ki, sərbəst yürüşlərdə 10 komandadan 20 pilot iştirak edir.
Bakıda yarışa qatılan sürətsevərlər arasında Lyuis Hemilton, Fernando Alonso, Sebastian Fettel, Valtteri Bottas kimi tanınmış pilotlar var.
Formula 1 bolidlərinin hərəkət etməsi üçün hazırlanan xüsusi yolun - Bakı Şəhər Halqasının müəllifi Herman Tilkedir. Bir dövrənin uzunluğu 6 kilometrdən çoxdur. Ümumilikdə, bolidlər 51 dövrə (120 dəqiqə) vurmalıdırlar.
Qran Prinin birinci günü Formula 1 sinfində iki sərbəst yürüş, Formula 2 sinfində sərbəst yürüş və təsnifat mərhələsi keçiriləcək.
Aprelin 28-də Formula 1 sinfində üçüncü sərbəst yürüş və təsnifat mərhələsi, Formula 2 sinfində isə birinci yarış keçiriləcək.
Üçüncü gün, aprelin 29-u Azərbaycan Qran Prisi, eləcə də Formula 2 sinfində ikinci yarış baş tutacaq.
Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре