https://news.day.az/society/488566.html Bakıda Chevrolet Tofaşa çırpıldı – VIDEO

Bakıda Chevrolet Tofaşa çırpıldı – VIDEO

Общество, 7 мая 2014 15:55 (UTC +04:00) 1 672
Bakıda Chevrolet Tofaşa çırpıldı – VIDEO

Day.Az представляет новость на азербайджанском языке.
 

Bakının Xətai rayonu ərazisində yol nəqliyyat hadisəsi baş verib.

ANS TV-nin məlumatına görə, bu dəfə qəzanın baş verməsinə səbəb piyadalar yox, elə sürücünün özünün səhlənkarlığı olub.

"Chevrolet" markalı minik maşını yolun kənarında dayanmış olub. "Tofaş" markalı digər minik maşını isə şəhərin mərkəzindən Zığ yolu şossesi istiqamətində hərəkət edirmiş. Ancaq iş elə gətirib ki, "Chevrolet" markalı avtomaşına çatdıqda sürücü idarəetməni itirib və onun avtomobili hərəkətsiz olan maşına dəyərək qəza törədib. Qəzada hər iki avtomobilə ciddi ziyan dəysə də, yaxşı ki, xəsarət alan olmayıb.

Yol qəzasının təfərrüatlarına aydınlıq gətirilməsi üçün əraziyə Xətai Rayon Dövlət Yol Polis şöbəsinin müfəttişləri cəlb olunub və toqquşma sahəsinə baxış keçirilib. "Tofaş" markalı avtomaşının sürücüsünün müfəttişlərə verdiyi məlumatdan aydın olur ki, onu eyni istiqamətdə hərəkət edən başqa bir nəqliyyat vasitəsi sıxıbmış. Bu hələlik əldə olunan ilkin versiyadır. Təfərrüatlar araşdırılır.

Milli.Az

Videonu izləmək üçün şəklə klikləyin.



  • Bakıda Chevrolet Tofaşa çırpıldı – VIDEO
  • Bakıda Chevrolet Tofaşa çırpıldı – VIDEO
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости