Bakıda sərxoş avtobus sürücüsü qəza törətdi Day.Az представляет новость на азербайджанском языке.

Gecə Bakının Yasamal rayonunda 3 avtomaşının toqquşmasına səbəb olan zəncirvari yol nəqliyyat hadisəsi baş verib.

Şərifzadə küçəsində qeydə alınan hadisə zamanı 13 saylı marşrut xətti ilə hərəkət edən Zaur Əhmədovun idarə etdiyi sərnişin avtobusu əvvəlcə qarşıda hərəkət edən Namiq Əliyevə məxsus "Tofaş"a çırpılıb. "Tofaş" isə öz növbəsində yol kənarında hərəkətsiz vəziyyətdə dayanan "Mercedes"lə toqquşub.

Milli.Az-ın anspress-ə istinadən məlumatına görə, qəza zamanı avtobusda sərnişin olmayıb, "Tofaş"ın sürücüsü isə yüngül dərəcəli xəsarət alıb.

Hadisənin Zaur Əhmədovun nəqliyyat vasitəsini sürətlə idarə etməsi və qarşıda hərəkət edən nəqliyyat vasitəsi ilə ara məsafəsini düzgün seçməməsi səbəbindən törətdiyi ehtimal olunur.

Qəzanı törədən avtobus sürücüsünün hadisəni sərxoş vəziyyətdə törədib-törətmədiyi isə araşdırmalardan sonra məlum olacaq. Bu məqsədlə o, izahatının alınmasü üçün Yasamal Rayon Dövlət Yol Polisi Şöbəsinə aparılıb.

Qəzanın baş vermə səbəbəri və hadisə ilə bağlı digər məqamlara da məhz bu araşdırmalardan sonra aydınlıq gətiriləcək.