Bakıda 1.600.000 dollarlıq TURNİR

Day.Az представляет новость на азербайджанском языке.


Bakıda keçiriləcək şahmat üzrə Dünya Kubokunun bütün partiyaları turnirin rəsmi saytı vasitəsilə canlı yayımlanacaq.

Dünya Kuboku-2015-in mətbuat xidmətindən Trend-ə bildiriblər ki, Oyunlar Azərbaycan, rus və ingilis dilində tanınmış qrossmeysterlər və məşqçilər tərəfindən şərh olunacaq.

Azərbaycan dilində partiyaları, əməkdar məşqçilər Anar Allahverdiyevlə Fikrət Sideyifzadə, eləcə də, yeniyetmələr üzrə millinin çalışdırıcısı Fərid Abbasov təqdim edəcək.

Rus və ingilis dilində isə məşhur şahmat eksperti, qrossmeyster Sergey Şipov, ukraynalı qrossmeyster Yevgeni Miroşniçenko, qrossmeyster Emil Sutovski, ukraynalı qrossmeyster, FİDE şərhçisi Yevgeniy Miroşniçenko, holland Dir Yan Van və Azərbaycan millisinin üzvü, Avropa çempionu Arkadi Naydiç şərh edəcək.

Xatırladaq ki, Azərbaycanı Dünya Kubokunda Şəhriyar Məmmədyarov, Teymur Rəcəbov, Rauf Məmmədov, Qədir Hüseynov, Eltac Səfərli və Vasif Durarbəyli təmsil edəcək.

Dünya Kubokunun ümumi mükafat fondu 1.600.000 ABŞ dollarıdır.

Dünya Kubokunun təntənəli açılış mərasimi sentyabrın 10-da saat 19-30-da Beynəlxalq Muğam Mərkəzində olacaq. İlk turun oyunları sentyabrın 11-də oynanılacaq.