"Papanin" sökülür
Bakının mərkəzi hissəsində yenidənqurma işləri davam etdirilir. Oxucuların Milli.Az-a verdiyi məlumata görə, "Papanin" kimi tanınan ərazi plana düşüb və sökülməyə başlanacaq. Məlumata görə, söküləcək əraziyə Mərkəzi Hərbi Klinik Hospital da düşür. Yaxın günlərdə hospitalın köçürülməsinə başlanacaq.
Nəsimi Rayon İcra Hakimiyyətinin ümumi şöbəsinin müdiri Nazim Quliyev Milli.Az-a açıqlamasında bildirdi ki, həmin ərazidə köçürmə işləri Bakı Metropoliteninin yeni stansiyasının tikintisi ilə əlaqədardır. Şöbə müdiri əlavə etdi ki, orada yaxın günlərdə metro tikintisi başlanacaq.
Bakı Metropoliteninin mətbuat xidmətinin rəhbəri Nəzakət Tarıverdiyeva Milli.Az-a açıqlamasında bildirdi ki, həmin ərazidən metronun layihələndirilmiş Bənövşəyi-3 stansiyası tikiləcək. Onun sözlərinə görə, artıq həmin ərazidə sakinlərin və hospitalın bir hissəsinin köçürülməsinə başlanıb. N.Tarıverdiyeva qeyd etdi ki, layihələnrdirilən Bənövşəyi xətti tikilməkdə olan "Avtovağzal", həmçinin "Memar Əcəmi", "28 May", planlaşdırılan "Dəniz Limanı" və "Keşlə" stansiyalarını biləşdiriləcək.
Müdafiə Nazirliyinin mətbuat xidmətinin rəis müavini Teymur Abdullayev Milli.Az-a hospitalın söküləcəyi ilə bağlı məlumatı təsdiq etmədi.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре