Masallıda Novruz şənliyi - FOTO Day.Az представляет новость на азербайджанском языке

CTV (Region TV)bildirir ki, Masallı rayonunun Mərkəzi meydanında keçirilən tədbirdə türk dünyasının ozanı Dədə Qorqud xalqımızın firavanlığı, dövlətçiliyimizin möhkəmlənməsi naminə dualar etdi. Rayon rəhbərinin iştirakı ilə Novruz tonqalını alovlandırdı. Yüzlərlə rayon sakini bayram tonqalının ətrafına toplaşıb, tamaşa etdi.

Burada masallılılar üçün bayram süfrəsi açıldı. Sonra meydana Novruz atributlarından sayılan Kosa, Keçəl və Bahar qızına verildi. Onlar da şən zarafatları, məzəli səhnəcikləri ilə sakinlərin bayram ovqatını daha da rəngarəng etdilər. Meydanda milli adət-ənənəmizin bütün özəllikləri nümayiş olundu. Bayram şənliyidə idmançılar cəngi sədaları altında məharətlərini göstərdilər. Bahar qız Keçəl və Kosanın müşayiəti ilə Novruzun əsas atributu olan səmənini meydana gətirdi. Bayram payı toplayan Kosa sakinlərlə yumurta döyüşdürüb, tamaşaçıları məzəli söhbətləri ilə əyləndirdi.

Milli ruhlu bayram mərasimində xalq oyunları da unudulmadı. "Halay" rəqs ansamblının bir-birindən rəngarəng çıxışları bayram tədbirinə şuxluq qatdı.

Böyütmək üçün şəkillərə klikləyin.