Mingəçevirdə sərnişin avtobusu aşdı: Yaralılar var

Day.Az представляет новость на азербайджанском языке

Mingəçevir şəhərində sərnişin mikroavtobusu aşıb, xəsarət alanlar var. Belə ki, şəhərdaxili sərnişin daşıyan 7 nömrəli marşurt xətt avtobusu "Niva" markalı avtomobillə toqquşaraq aşıb. Xəsarət alan 5 nəfər xəstəxanaya yerləşdirilib.

Milli.Az report-a istinadən xəbər verir ki, onlardan 1-i kişi, 4-ü qadındır. Yaralıların vəziyyətinin ağır olduğu bildirilir. 

Faktla bağlı araşdırmalar davam etdirilir. 

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.