Metronun "Bakmil" stansiyasına hərəkət 2 günlük bərpa edilib

11 августа 2018 09:48

Day.Az представляет новость на азербайджанском языке

Avqustun 11-12-də təmir işləri ilə əlaqədar "Bakmil" stansiyasına və əksinə, qatarların hərəkətinə qoyulmuş məhdudiyyət tətbiq edilməyəcək.

Day.Az xəbər verir ki, bunu "Bakı Metropoliteni" QSC-nin mətbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov deyib.

B.Məmmədovun sözlərinə görə, sərnişinlər qeyd edilən tarixlərdə "Bakmil" stansiyasına və əksinə istirahət günlərinin hərəkət cədvəlinə uyğun olaraq hərəkət edə bilərlər.

Qeyd edək ki, avqust ayının 8-dən yenidənqurma tədbirlərinin növbəti mərhələsi çərçivəsində sərnişinlərin "Bakmil" stansiyasına giriş-çıxışı, müvəqqəti olaraq, 8:20-dən 17:00-a qədər məhdudlaşdırılıb.

Qeyd edilən saatlarda məhdudiyyət yeni iş həftəsinin əvvəlindən - avqust ayının 13-dən tətbiq ediləcək.

Digər xəbərləri Azərbaycan dilində xüsusi Facebook səhifəmizdə izləyə bilərsiniz.

Самое важное и срочное мы публикуем на странице в Telegram. Подпишись!