https://news.day.az/azerinews/1356220.html Şəhid və qazi övladları Ordu gününü belə qeyd etdilər – Trend TV-nin reportajı

Şəhid və qazi övladları Ordu gününü belə qeyd etdilər – Trend TV-nin reportajı

Azərbaycanca, 26 июня 2021 11:37 (UTC +04:00) 1 434
Şəhid və qazi övladları Ordu gününü belə qeyd etdilər

Silahlı Qüvvələr Günü münasibətilə Müdafiə Nazirliyinin N saylı hərbi hissəsində bayram tədbiri keçirilib.

Trend-in məlumatına görə, tədbirdə nazirliyin rəsmiləri, hərbçilər, ictimaiyyət nümayəndələri, dövlət qurumlarının təmsilçiləri, ziyalılar, sənət adamları ilə yanaşı, Vətən Müharibəsi qaziləri, şəhid övladları və ailə üzvləri də iştirak edib.

Çıxış edənlər 44 günlük Vətən Müharibəsində Müzəffər Ali Baş Komandanın rəhbərliyi ilə ordumuzun əldə etdiyi Zəfərin xalqımıza yaşatdığı əvəzsiz sevinc və qürur hissindən, şəhidlərimizin və qazilərimizin qəhrəmanlıqlarından danışıblar. Azərbaycan dövlətinin bundan sonra da daim şəhid və qazilərin ailə üzvlərinə və övladlarına xüsusi diqqət və qayğı ilə yanaşacağı vurğulanıb.

Təntənəli tədbir musiqi proqramı, müxtəlif əyləncəli oyunlar, şəhid və qazi övladlarının dəniz gəzintisi ilə davam edib. Daha sonra şəhid və qazi övladları hərbçilərlə birgə nahar ediblər.

Trend TV-nin bayram tədbirindən hazırladığı geniş videoreportajı təqdim edirik:

Video - Seymur İsmayılov

  • Şəhid və qazi övladları Ordu gününü belə qeyd etdilər

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости