Mbappe bu kluba keçmək istəyir

Ötən mövsümün sonunda PSJ ilə müqaviləsini uzadan Kilian Mbappe barədə yeni iddia ortaya atılıb.

Day.Az metbuat.az-a istinadən xəbər verir ki, iddialara görə, Mbappenin ətrafı müqavilə yeniləyəndən sonra "Real Madrid" rəhbərliyinə zəng edərək, klubun futbolçunun transferində hələ də maraqlı olub-olmadığını soruşub. Bildirilir ki, Mbappe bu mövsümün sonunda PSJ-dən ayrılmaq üçün hər şey etməyə hazır olduğunu ifadə edib. Lakin onun PSJ ilə 2025-ci ilə qədər müqaviləsi var və PSJ onun bu mövsümün transfer olmasını istəmir.

Həmçinin "Real Madrid"in Mbappe əvəzinə Erlinq Halandı transfer etmək istədiyi bildirilir.