https://news.day.az/azerinews/1598997.html
İraqda hava limanına hücum edilib - Ölənlər var
İraqda hava limanına hücum edilib - Ölənlər var

İraqın Süleymaniyyə şəhərində hava limanına hücum edilib.
Day.Az xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb.
Məlumata görə, hücum nəticəsində 6 nəfər həlak olub. Zərbə vilayətin inzibati mərkəzi - Süleymaniyyə şəhərinin cənub-şərqindəki Arbat hərbi aerodromuna endirilib.
Qeyd olunub ki, hücum PUA vasitəsilə həyata keçirilib. Hadisə yerinə 10 təcili tibbi yardım maşını göndərilib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре