Türkiyənin Azərbaycandakı səfirliyinə yeni mətbuat müşaviri təyin edilib

Cihangir İşbilir Türkiyənin Azərbaycandakı səfirliyinin mətbuat müşaviri təyin edilib.

Day.Az TurkicWorld-a istinadən xəbər verir ki, bu təyinat Türkiyə Prezidenti razılığına əsasında həyata keçirilib.

Qeyd edək ki, İşbilir Ərzurum Diplomatik Akademiyasının yaradılmasında aparıcı rol oynayıb.

Xatırladaq ki, daha öncə bu vəzifəni Hüseyin Altınalan yerinə yetirib.