https://news.day.az/azerinews/1753931.html “Range Rover” qazini vurdu, vəziyyəti ağırdır - FOTO Sumqayıtda "Range Rover" markalı avtomobil 32 yaşlı Rəşad Poladovu vurub. Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Vətən müharibəsi qazisi olan Rəşad ağır xəsarətlər alıb. Xəstəxanaya çatdırılan kişinin dalağı və kəllə sümüyünün bir hissəsi götürülüb.

“Range Rover” qazini vurdu, vəziyyəti ağırdır - FOTO

Azərbaycanca, 19 мая 2025 17:22 (UTC +04:00) 414
“Range Rover” qazini vurdu, vəziyyəti ağırdır

Sumqayıtda "Range Rover" markalı avtomobil 32 yaşlı Rəşad Poladovu vurub.

Day.Az "Qafqazinfo"ya istinadən xəbər verir ki, Vətən müharibəsi qazisi olan Rəşad ağır xəsarətlər alıb.

Xəstəxanaya çatdırılan kişinin dalağı və kəllə sümüyünün bir hissəsi götürülüb.

TƏBİB-dən soğrumuza cavab olaraq bildirilib ki, Sumqayıtda baş verən yol-nəqliyyat hadisəsi səbəbilə 17.05.2025-ci il tarixində saat 14:10 radələrində 1993-cü il təvəllüdlü şəxs (kişi cinsli) Sumqayıt Tibb Mərkəzinin Təcili Tibbi Yardım Xəstəxanasına hospitalizasiya olunub: "Ona dalağın cırılması, müştərək travma, qapalı kəllə-beyin travması, baş-beyin əzilməsi diaqnozları təyin edilib. Şəxs cərrahi əməliyyat olunub və onun dalağı xaric olunub. Vəziyyəti ağır qiymətləndirilən şəxs Reanimasiya şöbəsinə yerləşdirilib. Ailə üzvlərinin yazılı iltizamnaməsinə əsasən 18.05.2025-ci il tarixində saat 03:40 radələrində sözügedən şəxs özəl tibb müəssisəsinə təxliyə olunub".

  • “Range Rover” qazini vurdu, vəziyyəti ağırdır
  • “Range Rover” qazini vurdu, vəziyyəti ağırdır
  • “Range Rover” qazini vurdu, vəziyyəti ağırdır
  • “Range Rover” qazini vurdu, vəziyyəti ağırdır
  • “Range Rover” qazini vurdu, vəziyyəti ağırdır
  • “Range Rover” qazini vurdu, vəziyyəti ağırdır
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости