https://news.day.az/azerinews/1757474.html OPEK rəhbəri əməkdaşlıq haqda sazişə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib Neft ixrac edən ölkələr təşkilatının (OPEC) baş katibi Haytam Əl-Qais OPEC və qeyri-OPEC ölkələri arasında Əməkdaşlıq Bəyannaməsinə (DOC) göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib. Bu barədə Trend xəbər verir.

OPEK rəhbəri əməkdaşlıq haqda sazişə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

Azərbaycanca, 2 июня 2025 14:08 (UTC +04:00) 413
OPEK rəhbəri əməkdaşlıq haqda sazişə göstərdiyi dəstəyə görə Prezident İlham Əliyevə təşəkkür edib

Neft ixrac edən ölkələr təşkilatının (OPEC) baş katibi Haytam Əl-Qais OPEC və qeyri-OPEC ölkələri arasında Əməkdaşlıq Bəyannaməsinə (DOC) göstərdiyi davamlı dəstəyə görə Azərbaycan Prezidenti İlham Əliyevə təşəkkürünü bildirib.

Bu barədə Trend xəbər verir.

"Azərbaycan Bəyannamənin 2016-cı ildə imzalandığı andan bəri onun əsas iştirakçılarından biridir", - bəyanatda deyilir.

Əl-Qeys həmçinin, Bakının Enerji Həftəsinin qlobal enerji gündəliyinin əsas məsələlərinin müzakirəsinə strateji yanaşmasını vurğulayıb və bunun 9-10 iyul 2025-ci il tarixlərində Vyanada keçiriləcək OPEK-in 9-cu Beynəlxalq Seminarının prioritetləri və mövzusu ilə uyğunluq təşkil etdiyini bildirib.

Qeyd edək ki, bu gün regionun aparıcı sənaye tədbiri olan 30-cu Bakı Enerji Həftəsi (Baku Energy Week) öz işinə başlayıb. Bu tədbir hər il enerji sahəsinin qlobal liderlərini bir araya gətirir.

4 iyun tarixinədək davam edəcək Baku Energy Week çərçivəsində üç nüfuzlu tədbir keçirilir: 30-cu yubiley "Xəzər Neft və Qaz" (Caspian Oil and Gas) beynəlxalq sərgisi, 13-cü "Xəzər Energetika və Yaşıl Enerji" (Caspian Power) beynəlxalq sərgisi və 30-cu yubiley Bakı Enerji Forumu (Baku Energy Forum).

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости