https://news.day.az/azerinews/1759841.html Bu hallarda bələdiyyələrə dövlət mülkiyyətindən torpaq veriləcək Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri artırılır. Day.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Bu hallarda bələdiyyələrə dövlət mülkiyyətindən torpaq veriləcək

Azərbaycanca, 12 июня 2025 12:03 (UTC +04:00) 501
Bu hallarda bələdiyyələrə dövlət mülkiyyətindən torpaq veriləcək

Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyətləri artırılır.

Day.Az Trend-ə istinadən xəbər verir ki, bu məsələ Milli Məclisin Regional məsələlər komitəsinin bu gün keçirilən iclasında müzakirə olunan Torpaq Məcəlləsində dəyişiklik edilməsi barədə qanun layihəsində öz əksini tapıb.

Qanun layihəsinə əsasən, təbii fəlakət, texnogen qəza və ya hərbi əməliyyat nəticəsində (işğaldan azad edilmiş ərazilər istisna olmaqla) məhv olmuş, yaxud yararsız vəziyyətə düşmüş yaşayış sahələrinin əvəzinə yaşayış evləri və çoxmənzilli yaşayış binaları bələdiyyə mülkiyyətində olan torpaq sahələrində tikildiyi hallarda bələdiyyəyə mütənasib dəyərdə dövlət mülkiyyətindən torpaq sahələrinin ayrılması da torpaq münasibətlərinin tənzimlənməsi sahəsində dövlətin səlahiyyəti hesab ediləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости