Prezident İlham Əliyev: İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik

İqlim dəyişmələrinə qarşı mübarizədə Afrika dövlətlərini dəstəkləyirik. Bu, bizim gündəliyimizdə dayanan əsas prioritetlərdən biridir.  

Day.Az AZƏRTAC-a istinadən xəbər verir ki, bu sözləri Prezident İlham Əliyev III Şuşa Qlobal Media Forumunun iştirakçıları ilə görüşündə söyləyib.

"COP29-un sədri kimi mən bəyan etdim ki, bizim inkişaf edən kiçik ada dövlətləri ilə xüsusi əməkdaşlıq formatımız olacaq, çünki yaranmış təhlükə onlar üçün ekzistensional xarakter daşıyır. Biz bunu bilirik, çünki onların mövcudluğu, ümumiyyətlə, dünya okeanının səviyyəsindən asılıdır", - deyə Azərbaycan Prezidenti vurğulayıb.