https://news.day.az/azerinews/1774421.html Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub. Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub

Azərbaycanca, 16 августа 2025 15:02 (UTC +04:00) 419
Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub

Ağsuda narkotik istifadəçisi olan sürücü həbs olunub.

Day.Az xəbər verir ki, bu barədə Daxili İşlər Nazirliyi məlumat yayıb.

Bildirilib ki, Ağsu Rayon Polis Şöbəsinin Dövlət Yol Polisi Bölməsinin əməkdaşlarının keçirdikləri tədbirlərlə "Toyota" markalı avtomobilin sürücüsü Fərəc İsgəndərzadə işıq cihazlarından istifadə qaydalarını pozduğu üçün ona "saxla" işarəsi verilib.

 

Ancaq F.İsgəndərzadə polisə tabesizlik göstərərək ərazidən uzaqlaşıb. Keçirilən tədbirlərlə həmin şəxs saxlanılıb və müayinə zamanı onun narkotik vasitənin təsiri altında avtomobil idarə etdiyi müəyyənləşib.

Məlumata görə, F.İsgəndərzadə barəsində toplanmış material baxılması üçün rayon məhkəməsinə göndərilib və o, 15 gün müddətinə inzibati qaydada həbs olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости