https://news.day.az/azerinews/1778243.html
Gürcüstana müalicəyə gedən həkim qəzada öldü - FOTO
Bir neçə gün əvvəl Bakıdan Gürcüstana səfər edən 54 yaşlı həkim Yaqub Cabbarov yol qəzasında vəfat edib. Day.Az news24.az-a istinadən xəbər verir ki, "Medikus" klinikasının həkimi olan Y. Cabbarov səhhəti ilə bağlı müalicə məqsədilə qonşu ölkəyə yollanıb. Bu zaman o düşdüyü avtomobil qəzasında həyatını itirib.
Gürcüstana müalicəyə gedən həkim qəzada öldü - FOTO

Bir neçə gün əvvəl Bakıdan Gürcüstana səfər edən 54 yaşlı həkim Yaqub Cabbarov yol qəzasında vəfat edib.
Day.Az news24.az-a istinadən xəbər verir ki, "Medikus" klinikasının həkimi olan Y. Cabbarov səhhəti ilə bağlı müalicə məqsədilə qonşu ölkəyə yollanıb. Bu zaman o düşdüyü avtomobil qəzasında həyatını itirib.
Bildirilib ki, Yaqub Cabbarov uzun illər Ağcabədidə pediatr kimi işləyib. 2016-cı ildən isə Bakının müxtəlif klinikalarında çalışaraq tanınmış pediatrlardan biri kimi fəaliyyətini davam etdirib.
Читать Day.Az в:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре