Qəza testindən çıxan avtomobillərə maraq artıb - VİDEO
Son vaxtlar xarici ölkələrdən qəza testindən çıxan avtomobilləri almağa maraq çoxalıb.
Day.Az xəbər verir ki, alanların əksəriyyətinin əsas arqumenti budur ki, həm qiyməti münasib olur, həm də yürüşü azdır.
Lakin belə avtomobilləri bərpa etmək nə asandır, nə də ucuz başa gəlir.
Usta Xaliq Əliməmmədov deyir ki, belə avtomobillər istehsalçı tərəfindən real qiymətindən dəfələrlə ucuz qiymətə təklif edilir. Usta hazırda belə avtomobillərin biri üçün hədsiz çox əziyyət çəkdiklərini bildirdi.
Xaliq Əliməmmədovun sözlərinə görə, bəzən belə avtomobillər bərpa olunduqdan sonra görünüşcə problemsiz təsir bağışlasa da, gizli texniki nasazlıqlar qalır. Xüsusən hava yastıqları və elektron idarəetmə sistemləri əvvəlki kimi işləməyə bilər.
Mütəxəssislər tövsiyə edir ki, belə avtomobilləri almazdan əvvəl onların keçmişini ciddi yoxlasınlar. Qəza testindən çıxan avtomobillər bəzən elə həmin ölkədə düzəldilib, yeni adı ilə də satıla bilir.
Xezerxeber.az mövzu ilə bağlı daha ətraflı videomaterialı təqdim edir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре