https://news.day.az/azerinews/1847465.html Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndlərində yanğın olub Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub. Bu barədə FHN-dən məlumat verilib. Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndlərində yanğın olub

Azərbaycanca, 12 июля 2026 23:44 (UTC +04:00) 366
Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndlərində yanğın olub

Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə Füzuli rayonunun Aşağı Əbdürrəhmanlı və Yuxarı Əbdürrəhmanlı kəndləri istiqamətində açıq ərazidə yanğın baş verməsi barədə məlumat daxil olub.

Bu barədə FHN-dən məlumat verilib.

Dərhal FHN-in Dövlət Yanğından Mühafizə Xidmətinin qüvvələri hadisə yerinə cəlb olunub.

Ərazinin minalanmış olması yanğınla mübarizə tədbirlərini mürəkkəbləşdirir.

Hazırda yanğının söndürülməsi istiqamətində əməliyyat davam etdirilir.

Əlavə məlumat veriləcək.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости