https://news.day.az/azerinews/1847940.html
Güclü külək olacaq - XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti iyulun 15-16-sı üçün Bakıda, Abşeron yarımadasında və bir sıra bölgələrdə güclü küləklə əlaqədar sarı xəbərdarlıq elan edib. Day.Az xəbər verir ki, məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək.
Güclü külək olacaq - XƏBƏRDARLIQ
Milli Hidrometeorologiya Xidməti iyulun 15-16-sı üçün Bakıda, Abşeron yarımadasında və bir sıra bölgələrdə güclü küləklə əlaqədar sarı xəbərdarlıq elan edib.
Day.Az xəbər verir ki, məlumata əsasən, Bakıda və Abşeron yarımadasında şimal-qərb küləyi güclənəcək.
Eyni zamanda Quba, Qusar, Şabran, Siyəzən, Xızı, Xaçmaz, Hacıqabul, Neftçala, Salyan, Biləsuvar, Cəlilabad, Lerik, Yardımlı, Qazax, Ağstafa, Şəmkir, Tovuz, Gədəbəy, Daşkəsən, Goranboy, Naftalan, Samux, Gəncə, Mingəçevir, Ordubad və Culfa rayonlarında şərq küləyinin əsəcəyi proqnozlaşdırılır.
Xidmətin məlumatına görə, sarı xəbərdarlığa uyğun olaraq küləyin sürəti 13,9-20,7 metr/saniyə təşkil edəcək.
Присоединяйтесь к нам в мессенджерах:
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре