Ağdərədə avtomobil aşdı, iki nəfər öldü

Ağdərə rayonunda baş verən yol-nəqliyyat hadisəsi iki nəfərin ölümü ilə nəticələnib.

Day.Az xəbər verir ki, qəza gecə saatlarında Həsənriz-Umudlu avtomobil yolunda qeydə alınıb.

İlkin məlumata görə, avtomobilin idarəetmədən çıxaraq aşması nəticəsində Kəlbəcər rayon sakinləri - 1973-cü il təvəllüdlü Nazim Əsgərov və həyat yoldaşı, 1980-ci il təvəllüdlü Könül Əsgərova hadisə yerində həyatını itirib.

Qəza zamanı avtomobildə olan digər sərnişin, 2000-ci il təvəllüdlü Mələk İsmayılova müxtəlif dərəcəli xəsarətlər alıb.

Faktla bağlı araşdırma aparılır.