Üzdəki bu əlamət yüksək xolesterindən xəbər verə bilər

Mütəxəssislər bildirirlər ki, göz ətrafında yaranan solğun sarı rəngli qabarcıqlar yüksək xolesterin səviyyəsinin əlaməti ola bilər.

Day.Az xəbər verir ki, bu törəmələr ksantelazma adlanır və ürək-damar xəstəlikləri riskinin artmasına işarə edə bilər.

Bununla yanaşı, göz altında və ya yanaqlarda görünən ağ və ya sarımtıl səpkilər hər zaman yüksək xolesterinlə əlaqəli olmur. Kimyaçı və gözəllik mütəxəssisi Bryus Qrinin sözlərinə görə, bunlar keratinin dərinin altında toplanması nəticəsində yaranan miliumlar da ola bilər.

Mütəxəssis qeyd edib ki, miliumlar dəri zədələnməsi, yanıq və ya məsamələri tıxayan kosmetik vasitələrdən sonra yarana bilər. Bu səpkilər adətən öz-özünə yox olur, lakin yüngül kimyəvi pilinq və retinol istifadəsi sağalma prosesini sürətləndirə bilər.