Yayda evdəki istiliyi artıran əsas səhv
Yay aylarında insanların ən çox yol verdiyi səhvlərdən biri gündüz saatlarında otağı havalandırmaq üçün pəncərələri açmaqdır.
Day.Az xəbər verir ki, mütəxəssislərin bildirdiyinə görə, bu zaman çöldəki daha isti hava mənzilə daxil olaraq otağın temperaturunu daha da yüksəldir.
Məlumata əsasən, evi havalandırmaq üçün ən uyğun vaxt səhər tezdən və ya gecə saatları hesab olunur. Bu saatlarda xarici hava nisbətən sərin olduğundan otağın temperaturunu aşağı salmağa kömək edir.
Bundan əlavə, gün ərzində pərdələrin və jalüzlərin bağlı saxlanılması tövsiyə edilir. Bu üsul günəş şüalarının birbaşa otağa daxil olmasının qarşısını alaraq evin daha sərin qalmasına şərait yaradır.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре