https://news.day.az/azerinews/1849733.html Bu kəndə yeni sakinlər axtarılır - Pulsuz ev və daimi iş təklif edilir İspaniyanın Soriya bölgəsində yerləşən Arenilyas kəndi əhali sayını artırmaq üçün yeni təşviq proqramına başlayıb. Day.Az xarici mediaya istinadən xəbər verir ki, təşəbbüsə əsasən, kəndə daimi köçəcək ailələrə bələdiyyənin balansında olan yaşayış evi ödənişsiz təqdim ediləcək.

Bu kəndə yeni sakinlər axtarılır - Pulsuz ev və daimi iş təklif edilir

Azərbaycanca, 23 июля 2026 12:53 (UTC +04:00) 668
Bu kəndə yeni sakinlər axtarılır

İspaniyanın Soriya bölgəsində yerləşən Arenilyas kəndi əhali sayını artırmaq üçün yeni təşviq proqramına başlayıb.

Day.Az xarici mediaya istinadən xəbər verir ki, təşəbbüsə əsasən, kəndə daimi köçəcək ailələrə bələdiyyənin balansında olan yaşayış evi ödənişsiz təqdim ediləcək.

Sakinlər yalnız istifadə etdikləri kommunal xidmətlərin xərcini ödəyəcəklər.

Kəndə köçən ailələrdən bir nəfər daimi işlə təmin olunacaq. O, yaşayış məntəqəsində təmir və abadlıq işlərində çalışacaq, eyni zamanda kənddə fəaliyyət göstərən yeganə barın idarəçiliyini həyata keçirəcək.

Proqram ilk növbədə məktəb yaşlı övladları olan ailələrə ünvanlanıb. Müraciət etmək istəyən şəxslərin İspaniyada və ya Avropa İttifaqı ölkələrindən birində yaşamaq və işləmək hüququna malik olması şərtdir. Layihə çərçivəsində xarici vətəndaşlara viza və ya yaşayış icazəsi təqdim edilmir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости