İspaniyaya bir neçə gün ərzində 60 min qanunsuz miqrant daxil olub
Son bir neçə gün ərzində İspaniyanın Seuta bölgəsinə Mərakeşdən 60 minə yaxın qanunsuz miqrant daxil olub. Bu rəqəm şəhər əhalisinin təxminən 70 faizinə bərabərdir.
RTVE-nin məlumatına görə, bu barədə şəhərin inzibati rəhbəri Xuan Xesus Vivas bildirib.
Afrikanın şimal sahilində yerləşən İspaniyanın muxtar Seuta şəhərinə üzərək çatmağa çalışarkən azı 34 miqrant dənizdə boğulub.
Bundan əvvəl 24 nəfərin öldüyü bildirilirdi.
Qeyd edək ki, bir gün əvvəl Mərakeşdən minlərlə miqrant qanunsuz şəkildə İspaniyanın Şimali Afrikadakı eksklavı olan muxtar Seuta şəhərinə daxil olub. Seuta Avropa İttifaqının Afrika ilə quru sərhədinə malik iki xarici sərhəd məntəqəsindən biridir.
Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре