https://news.day.az/azerinews/1852646.html Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib Avropa İttifaqı (Aİ) Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli olan beş Rusiya vətəndaşına qarşı yeni sanksiyalar tətbiq edib. Bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında paylaşım edib. K. Kallas sanksiyaların tətbiq olunduğu şəxslərin adlarını açıqlamayıb.

Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib

Azərbaycanca, 7 августа 2026 15:46 (UTC +04:00) 168
Avropa İttifaqı Rusiyaya qarşı sanksiyaları genişləndirib

Avropa İttifaqı (Aİ) Rusiyanın hərbi-sənaye kompleksi ilə əlaqəli olan beş Rusiya vətəndaşına qarşı yeni sanksiyalar tətbiq edib.

Bu barədə Aİ-nin Xarici siyasət və təhlükəsizlik məsələləri üzrə ali nümayəndəsi Kaya Kallas "X" hesabında paylaşım edib.

K. Kallas sanksiyaların tətbiq olunduğu şəxslərin adlarını açıqlamayıb.

 

Aİ Şurasının yaydığı məlumatda bildirilib ki, sanksiya siyahısına "Serpuxov Metallist Zavodu" ASC-nin baş direktoru Ramil Batqutdinov və "Krasnoyarsk Maşınqayırma Zavodu" ASC-nin baş direktoru Aleksandr Dyukarev də daxildir.

Xatırladaq ki, Aİ Rusiyaya qarşı sayca 21-ci sanksiyalar paketini iyulun 23-də təsdiqləyib. Paketə 170 hüquqi şəxs və 48 fiziki şəxs daxil edilib.

Məhdudiyyətlər Rusiya banklarını, energetika və müdafiə sənayesi müəssisələrini, eləcə də Aİ-nin iddiasına görə Rusiyaya sanksiyalardan yayınmağa kömək edən üçüncü ölkələrin şirkətlərini əhatə edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости