https://news.day.az/azerinews/1854134.html İsrail Livanın cənubuna zərbələr endirib İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah" hərəkatına aid obyektlərə zərbələr endirib. Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb. Bildirilib ki, zərbələr Nəbatiyyə şəhəri və Ənsar qəsəbəsi ərazisindəki infrastruktur obyektlərinə endirilib.

İsrail Livanın cənubuna zərbələr endirib

Azərbaycanca, 15 августа 2026 15:22 (UTC +04:00) 150
İsrail Livanın cənubuna zərbələr endirib

İsrail hərbçiləri Livanın cənubunda "Hizbullah" hərəkatına aid obyektlərə zərbələr endirib.

Bu barədə İsrail Müdafiə Qüvvələrinin (IDF) mətbuat xidməti məlumat yayıb.

Bildirilib ki, zərbələr Nəbatiyyə şəhəri və Ənsar qəsəbəsi ərazisindəki infrastruktur obyektlərinə endirilib.

 

İsrail tərəfinin versiyasına görə, bu addım "Hizbullah"ın Livanın cənubunda silahlı dəstələrinin Əli ət-Tahir dağ silsiləsi ərazisində İsrail hərbçilərinə qarşı həyata keçirdiyi hücumlara cavab olaraq atılıb.

"İsrail Müdafiə Qüvvələri Hizbullah terror təşkilatının İsrailin mülki əhalisinə və İsrail Müdafiə Qüvvələrinin əsgərlərinə zərər vurmasına imkan verməyəcək və təhdidlərin aradan qaldırılması istiqamətində fəaliyyətini davam etdirəcək", - deyə IDF-in bəyanatında bildirilib.

 

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости