https://news.day.az/azerinews/1854610.html Azərbaycanın 2026-cı il dövlət büdcəsi gəlirləri 39,4 milyard manata çatacaq - Maliyyə Nazirliyi 2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 756,0 milyon manat və ya 2,0 faiz çoxdur. Day.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Azərbaycanın 2026-cı il dövlət büdcəsi gəlirləri 39,4 milyard manata çatacaq - Maliyyə Nazirliyi

Azərbaycanca, 18 августа 2026 12:21 (UTC +04:00) 134
Azərbaycanın 2026-cı il dövlət büdcəsi gəlirləri 39,4 milyard manata çatacaq

2026-cı ilin sonuna dövlət büdcəsinin gəlirlərinin 39 milyard 365,0 milyon manat təşkil edəcəyi gözlənilir ki, bu da təsdiq olunmuş proqnozla müqayisədə 756,0 milyon manat və ya 2,0 faiz çoxdur.

Day.Az xəbər verir ki, bu barədə Maliyyə Nazirliyi məlumat yayıb.

Məlumata görə, dövlət büdcəsinin gəlirlərinin 43,4 faizi və ya 17 milyard 85,0 milyon manatı neft-qaz sektorunun, 56,6 faizi və ya 22 milyard 280,0 milyon manatı isəqeyri-neft-qaz sektorunun payına düşür.

Bildirilib ki, təsdiq olunmuş göstəricilərlə müqayisədə neft-qaz sektoru üzrə gəlirlərdə 650,0 milyon manat və ya 4,0 faiz, qeyri-neft-qaz sektoru üzrə gəlirlərdə isə 106,0 milyon manat və ya 0,5 faiz artıq icra gözlənilir.
"Dövlət büdcəsinin gözlənilən gəlirlərinin 17 milyard 760,0 milyon manatı və ya 45,1 faizi vergilər və rüsumlar üzrə daxilolmaların, 6 milyard 762,0 milyon manatı və ya 17,2 faizi gömrük rüsumları və idxala görə vergi daxilolmalarının, 12 milyard 835,0 milyon manatı və ya 32,6 faizi Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfertin, 1 milyard 21,0 milyon manatı və ya 2,6 faizi büdcə təşkilatlarının büdcədənkənar gəlirlərinin, 987,0 milyon manatı və ya 2,5 faizi sair gəlirlərin payına düşür.

Vergi və rüsumlar üzrə daxilolmaların məbləği 17 milyard 760,0 milyon manat gözlənilir ki, bu da cari ilin təsdiq olunmuş göstəricisinə nisbətən 850,0 milyon manat və ya 5,0 faiz çoxdur. Qeyd olunan vəsaitin 4 milyard 250,0 milyon manatı vəya 23,9 faizi neft-qaz sektorunun, 13 milyard 510,0 milyon manatı və ya 76,1 faizi isəqeyri-neft-qaz sektorunun payına düşəcəkdir. Neft-qaz sektoru üzrə gözlənilən vergi daxilolmalarının 41,2 faizini və ya 1750,0 milyon manatını Azərbaycan Respublikası Dövlət Neft Şirkəti tərəfindən ödənilən vergilər, 11,8 faizini və ya 500,0 milyon manatını Azəri-Çıraq-Günəşli layihəsi üzrə hasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi, 47,1 faizini və ya 2000,0 milyon manatını isəŞahdəniz layihəsi üzrəhasilatın pay bölgüsü sazişləri çərçivəsində fəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi təşkil edir.

2026-cı il dövlət büdcəsinin gözlənilən daxilolmalarının hesablanması zamanı Azərbaycan qazının bütün istiqamətlər üzrə 1000 kub metrinin orta satış qiyməti 35 ABŞ dolları artırılaraq 296,0 ABŞ dolları müəyyən edilmişdir. Qiymət artımı iləəlaqədar Şahdəniz layihəsi üzrəhasilatın pay bölgüsü sazişləri çərçivəsindəfəaliyyət göstərən podratçı təşkilatların mənfəət vergisi daxilolmalarının 400,0 milyon manat vəya 25,0 faiz artacağı gözlənilir. 2026-cı ilin dövlət büdcəsində vergi orqanlarının xətti ilə qeyri-neft-qaz sektoru üzrə daxilolmalar 13 milyard 510,0 milyon gözlənilir ki, bu da cari il üçün təsdiq olunmuş göstəricisi ilə müqayisədə 200,0 milyon manat və ya 1,5 faiz çoxdur", - məlumatda qeyd edilib.

"2026-cı ilin sonuna büdcə təşkilatlarının ödənişli xidmətlərindən daxilolmaların 1 milyard 21,0 milyon manat olacağı gözlənilir ki, bu da təsdiq olunmuş göstərici ilə eynilik təşkil edəcək. Dövlət əmlakının, özəlləşdirilmiş dövlət müəssisə və obyektlərinin altındakı torpaq sahələrinin icarəyə verilməsindən daxilolmaların 46,0 milyon manat olacağı proqnozlaşdırılır ki, bu da təsdiq olunmuş göstəricidən 6,0 milyon manat vəya 15,0 faiz çoxdur. Sair daxilolmaların isə 941,0 milyon manat səviyyəsində olacağı vətəsdiq olunmuş göstərici ilə eynilik təşkil edəcəyi gözlənilir. Azərbaycan Respublikasının Dövlət Neft Fondundan transfert (12 milyard 835,0 milyon manat) üzrə daxilolmaların təsdiq olunan proqnoz göstəricisi ilə eyni səviyyədə qalacağı gözlənilir", - məlumatda qeyd edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости