https://news.day.az/azerinews/1856868.html Prezident İlham Əliyev Şimali Kipr Prezidentinə başsağlığı verib Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı məktubu ünvanlayıb. Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub: "Hörmətli cənab Prezident...

Prezident İlham Əliyev Şimali Kipr Prezidentinə başsağlığı verib

Azərbaycanca, 31 августа 2026 10:33 (UTC +04:00) 202
Prezident İlham Əliyev Şimali Kipr Prezidentinə başsağlığı verib

Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev Şimali Kipr Türk Respublikasının Prezidenti Tufan Erhürmana başsağlığı məktubu ünvanlayıb.

Məktub Azərbaycan Prezidentinin rəsmi internet saytında dərc edilib. Məktubda qeyd olunub:

"Hörmətli cənab Prezident,

Girnə yaxınlığında baş vermiş gəmi qəzası nəticəsində insanların həlak olması barədə xəbər bizi son dərəcə sarsıtdı.

Bu faciə ilə əlaqədar Sizə, həlak olanların ailələrinə və yaxınlarına, qardaş xalqınıza öz adımdan və Azərbaycan xalqı adından dərin hüznlə başsağlığı verir, xəsarət alanlara şəfa diləyirəm.

Allah rəhmət eləsin!"

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости