https://news.day.az/azerinews/1856898.html Azərbaycan və Çin prokurorluq orqanları arasında Anlaşma Memorandumu imzalanıb Azərbaycan və Çin Baş prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb. Day.Az Trend-ə istinadən xəbər verir ki, sənəd Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb.

Azərbaycan və Çin prokurorluq orqanları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycanca, 31 августа 2026 12:50 (UTC +04:00) 213
Azərbaycan və Çin prokurorluq orqanları arasında Anlaşma Memorandumu imzalanıb

Azərbaycan və Çin Baş prokurorluqları arasında Anlaşma Memorandumu imzalanıb.

Day.Az Trend-ə istinadən xəbər verir ki, sənəd Çin Xalq Respublikasının Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonqun rəhbərlik etdiyi nümayəndə heyətinin Azərbaycana rəsmi səfəri çərçivəsində imzalanıb.

Memorandumu Azərbaycan tərəfdən Baş prokuror Kamran Əliyev, Çin tərəfdən isə Ali Xalq Prokurorluğunun Baş prokuroru Yinq Yonq imzalayıblar.

Rəsmi səfər çərçivəsində Azərbaycan Baş Prokurorluğunda Kamran Əliyevlə Yinq Yonq arasında təkbətək görüş keçirilib. Bunun ardınca Çin nümayəndə heyətinin iştirakı ilə ikitərəfli görüş baş tutub.

Səfər zamanı Yinq Yonq Azərbaycan Baş Prokurorluğunda medalla təltif olunub.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости