https://news.day.az/azerinews/1857437.html İspaniya bankının Azərbaycandakı investisiya layihələrində iştirakı müzakirə olunub - FOTO Azərbaycan İspaniyanın "Santander" bankı ilə əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib. Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb Bildirilib ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İspaniyanın "Santander" bankının nümayəndələri ilə görüşüb.

İspaniya bankının Azərbaycandakı investisiya layihələrində iştirakı müzakirə olunub - FOTO

Azərbaycanca, 2 сентября 2026 19:16 (UTC +04:00) 257
İspaniya bankının Azərbaycandakı investisiya layihələrində iştirakı müzakirə olunub

Azərbaycan İspaniyanın "Santander" bankı ilə əməkdaşlığın inkişafı məsələlərini müzakirə edib.

Bu barədə İqtisadiyyat Nazirliyi məlumat yayıb

Bildirilib ki, iqtisadiyyat nazirinin birinci müavini Elnur Əliyev İspaniyanın "Santander" bankının nümayəndələri ilə görüşüb.

 

Görüşdə Azərbaycan-İspaniya iqtisadi əlaqələrinin inkişafı və əməkdaşlığın genişləndirilməsi imkanları vurğulanıb. Bildirilib ki, iki ölkə arasında iqtisadi tərəfdaşlığın inkişafı, eləcə də birgə layihələrin həyata keçirilməsində maliyyə sektorunun rolu mühüm əhəmiyyət daşıyır.

Azərbaycanda həyata keçirilən investisiya layihələrinin maliyyələşdirilməsi, o cümlədən çoxtərəfli maliyyə institutları vasitəsilə dəstəklənməsi imkanları nəzərdən keçirilib. Bu çərçivədə "Santander" bankı ilə əməkdaşlığın genişləndirilməsi imkanları nəzərdən keçirilib.

Azərbaycanda investisiyaların təşviqi və dəstəklənməsi istiqamətində həyata keçirilən tədbirlər diqqətə çatdırılıb, qarşılıqlı maraq doğuran digər məsələlər müzakirələr olunub

  • İspaniya bankının Azərbaycandakı investisiya layihələrində iştirakı müzakirə olunub
  • İspaniya bankının Azərbaycandakı investisiya layihələrində iştirakı müzakirə olunub
  • İspaniya bankının Azərbaycandakı investisiya layihələrində iştirakı müzakirə olunub
  • İspaniya bankının Azərbaycandakı investisiya layihələrində iştirakı müzakirə olunub
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости