https://news.day.az/azerinews/1858775.html Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir - FOTO Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir. Day.Az Trend-ə istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, BMT rəsmiləri və digər qonaqlar iştirak edirlər.

Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir - FOTO

Azərbaycanca, 9 сентября 2026 11:52 (UTC +04:00) 271
Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir

Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir.

Day.Az Trend-ə istinadən xəbər verir ki, açılış mərasimində Azərbaycan xarici işlər naziri Ceyhun Bayramov, Azərbaycan Prezidentinin iqlim məsələləri üzrə nümayəndəsi Muxtar Babayev, BMT rəsmiləri və digər qonaqlar iştirak edirlər.

Qeyd edək ki, "Bakı İqlim Fəaliyyəti Həftəsi 2026"nın (BCAW 2026) üçüncü günü keçirilir.

Üçüncü günün proqramında iqlim öhdəliklərindən konkret fəaliyyətə keçid, iqlim maliyyələşdirilməsi, gənclərin iqlim proseslərində iştirakı, süni intellekt və iqlim texnologiyaları, enerji səmərəliliyi, metan emissiyalarının azaldılması, su ehtiyatlarının idarə olunması və mədəni irsin qorunması kimi məsələlər əsas diqqət mərkəzindədir.

Tədbirlərdə müxtəlif ölkələrin dövlət və hökumət nümayəndələrinin, beynəlxalq təşkilatların, ekspertlərin, maliyyə institutlarının, özəl sektorun və vətəndaş cəmiyyətinin nümayəndələri iştirak edir.

Artıq üçüncü dəfə keçirilən Bakı İqlim Fəaliyyəti Həftəsi bu il ilk dəfə olaraq BMT-nin İqlim Dəyişmələri üzrə Çərçivə Konvensiyasının (UNFCCC) İqlim Həftəsi ilə paralel təşkil olunur. Dördüncü İqlim Həftəsi və Bakı İqlim Fəaliyyəti Həftəsi çərçivəsində iqlim dəyişmələri ilə mübarizə, iqlim maliyyələşdirilməsi, dayanıqlı inkişaf və iqlim fəaliyyətinin sürətləndirilməsi ilə bağlı bir sıra sessiya, panel müzakirəsi və digər tədbirlər keçiriləcək.

Bakı İqlim Fəaliyyəti Həftəsi (BCAW 2026) sentyabrın 11-dək davam edəcək.

Xəbər yenilənəcək

  • Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir
  • Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir
  • Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir
  • Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir
  • Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir
  • Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirilir
Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости