https://news.day.az/azerinews/1859010.html Bundestaqda Mertslə qatı-sağçıların lideri arasında gərgin mübahisə düşüb Almaniya kansleri Fridrix Merts və Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə qalib gələn "Almaniya naminə Alternativ" (AfD) partiyasının lideri Alis Vaydel Bundestaqda kəskin mübahisə ediblər. Day.Az xəbər verir ki, bu barədə Almaniya KİV yazır.

Bundestaqda Mertslə qatı-sağçıların lideri arasında gərgin mübahisə düşüb

Azərbaycanca, 10 сентября 2026 11:44 (UTC +04:00) 186
Bundestaqda Mertslə qatı-sağçıların lideri arasında gərgin mübahisə düşüb

Almaniya kansleri Fridrix Merts və Almaniyanın Saksoniya-Anhalt əyalətində keçirilən seçkilərdə qalib gələn "Almaniya naminə Alternativ" (AfD) partiyasının lideri Alis Vaydel Bundestaqda kəskin mübahisə ediblər.

Day.Az xəbər verir ki, bu barədə Almaniya KİV yazır.

Əsas mübahisə predmeti Almaniyanın daxili siyasəti, enerji məsələləri və Rusiyaya olan münasibət olub.

Vaydel hökuməti enerji və büdcə siyasətində uğursuzluğa yol verməkdə ittiham edib və ucuz Rusiya qazının idxalının bərpa olunmasını, "Şimal axını" qaz kəmərlərinin yenidən işə salınmasını, yanacağa tətbiq olunan vergilərin azaldılmasını və Atom Elektrik Stansiyalarının (AES) fəaliyyətinin bərpa edilməsini tələb edib.

O, həmçinin miqrasiya siyasətini və digər ölkələrə göstərilən yardımlara ayrılan xərcləri tənqid edib.

Merts isə öz növbəsində AfD-ni Rusiyaya simpatiya bəsləməkdə və ölkədə sabitliyi pozmağa cəhd göstərməkdə ittiham edib.

"Siz Almaniyada qarşılaşdığımız bu problemin bir hissəsisiniz və bizdə olan bütün imkanlardan istifadə etməklə buna qarşı mübarizə aparacağıq", - deyə kansler bildirib

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости