https://news.day.az/azerinews/1859150.html Almaniya rusiyalı diplomatları ölkədən çıxarır Almaniya Leypsiq hava limanında baş vermiş dronla bağlı insidentlərdən sonra 150-dən çox rusiyalı diplomatı və onların ailə üzvlərini ölkədən çıxarmaq qərarına gəlib. Day.Az xəbər verir ki, RBK-nin məlumatına görə, bu barədə Rusiyanın Berlindəki səfirliyi məlumat yayıb.

Almaniya rusiyalı diplomatları ölkədən çıxarır

Azərbaycanca, 10 сентября 2026 17:38 (UTC +04:00) 217
Almaniya rusiyalı diplomatları ölkədən çıxarır

Almaniya Leypsiq hava limanında baş vermiş dronla bağlı insidentlərdən sonra 150-dən çox rusiyalı diplomatı və onların ailə üzvlərini ölkədən çıxarmaq qərarına gəlib.

Day.Az xəbər verir ki, RBK-nin məlumatına görə, bu barədə Rusiyanın Berlindəki səfirliyi məlumat yayıb.

Rusiya diplomatik nümayəndəliyinin bildirdiyinə görə, Berlin Moskvanın bu insidentlərə aidiyyəti olduğunu təsdiqləyən sübutlar təqdim etməyib. Səfirlik qərarı "misli görünməmiş addım" adlandırıb. Arzuolunmaz şəxs elan olunan diplomatların sentyabrın 18-dək Almaniyanı tərk edəcəyi gözlənilir.

Bundan əvvəl Berlin Rusiyanın Bonndakı Baş Konsulluğunun və Berlindəki Rusiya Evinin bağlanacağını da elan edib.

Xatırladaq ki, avqustun 4-də Almaniyanın Leypsiq hava limanında Ukraynaya yük daşıyan təyyarələrin yaxınlığında partlayıcılarla yüklənmiş pilotsuz uçuş aparatı aşkarlanıb. Almaniya hökuməti hadisəni Rusiyanın təşkil etdiyi hücum cəhdi kimi qiymətləndirib və bildirilib ki, hücum baş tutsaydı, ciddi dağıntılara və insan tələfatına səbəb ola bilərdi. Moskva isə bu ittihamları rədd edib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости