https://news.day.az/azerinews/1859330.html ABŞ Azərbaycanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığını davam etdirəcək - Emi Karlon ABŞ Azərbaycanla strateji tərəfdaşlığın həyata keçirilməsinə xüsusi diqqət yetirir.

ABŞ Azərbaycanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığını davam etdirəcək - Emi Karlon

Azərbaycanca, 11 сентября 2026 15:12 (UTC +04:00) 261
ABŞ Azərbaycanla müdafiə və təhlükəsizlik sahəsində əməkdaşlığını davam etdirəcək

ABŞ Azərbaycanla strateji tərəfdaşlığın həyata keçirilməsinə xüsusi diqqət yetirir.

Day.Az xəbər verir ki, bunu Azərbaycanda akkreditə olunmuş diplomatik korpusun nümayəndələrinin Qarabağ və Şərqi Zəngəzura səfəri çərçivəsində ABŞ-nin Azərbaycandakı müvəqqəti işlər vəkili Emi Karlon Trend-in Qarabağ və Şərqi Zəngəzura ezam olunmuş müxbirinə açıqlamasında deyib.

O bildirib ki, tərəflər vitse-prezident Vens və Prezident İlham Əliyevin fevral ayında imzaladıqları strateji tərəfdaşlığın həyata keçirilməsi istiqamətində fəaliyyətlərini davam etdirirlər.

"Bu istiqamətdə ilk mühüm irəliləyiş iyun ayında Bakı Enerji Həftəsi çərçivəsində əldə olundu. Biz ABŞ və Azərbaycan arasında ilk dəfə İqtisadi Dialoq keçirdik. Tədbir çərçivəsində 8 milyard ABŞ dolları dəyərində sazişlər imzalandı. Hazırda diqqətimizi qarşıdan gələn Azərbaycan Müdafiə Sərgisinə yönəltmişik və ABŞ şirkətlərini də bu sərgiyə gətiririk", - deyə Emi Karlon qeyd edib.

Diplomat vurğulayıb ki, ABŞ və Azərbaycan strateji tərəfdaşlığın əsas istiqamətləri üzrə əməkdaşlığı davam etdirəcək.

"Bu istiqamətlərə bağlantı, iqtisadi investisiyalar, eləcə də müdafiə və təhlükəsizlik sahələrində əməkdaşlıq daxildir", - deyə o əlavə edib.

Emi Karlon, həmçinin vəziyyətin diqqətlə izlənildiyini və tərəflər arasında mövcud əməkdaşlığın davam etdirilməsi imkanlarının nəzərdən keçirildiyini bildirib.

"Biz vəziyyəti diqqətlə izləyirik. Keçmişdə Azərbaycanla əməkdaşlıq etmişik və bu əməkdaşlığı necə davam etdirə biləcəyimizi nəzərdən keçiririk", - deyə diplomat bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости