https://news.day.az/azerinews/1859916.html Vaxtı bitmək üzrə olan məhsullar necə satılmalıdır? - Alıcılar bunları mütləq BİLMƏLİDİR - VİDEO Marketlərdə alış-veriş zamanı istehlakçıların diqqət etdiyi əsas məsələlərdən biri məhsulun istehsal və son istifadə tarixidir. Son istifadə müddəti yaxınlaşan, lakin hələ istehlaka yararlı məhsulların digər məhsullardan fərqləndirilməməsi alıcılar üçün çətinlik yaradır.

Vaxtı bitmək üzrə olan məhsullar necə satılmalıdır? - Alıcılar bunları mütləq BİLMƏLİDİR - VİDEO

Azərbaycanca, 14 сентября 2026 15:03 (UTC +04:00) 195
Vaxtı bitmək üzrə olan məhsullar necə satılmalıdır?

Marketlərdə alış-veriş zamanı istehlakçıların diqqət etdiyi əsas məsələlərdən biri məhsulun istehsal və son istifadə tarixidir. Son istifadə müddəti yaxınlaşan, lakin hələ istehlaka yararlı məhsulların digər məhsullardan fərqləndirilməməsi alıcılar üçün çətinlik yaradır.

Day.Az xəbər verir ki, xarici ölkələrdə, o cümlədən Türkiyədə bu cür məhsullar xüsusi vitrinlərdə yerləşdirilir, üzərində xəbərdaredici qeydlər və endirimlər göstərilir.

Yerli alıcılar da son istifadə tarixi yaxınlaşan məhsullar barədə marketlərdə aydın məlumatlandırmanın vacib olduğunu bildirirlər. Xüsusilə məlumatların kiçik hərflərlə yazılması və ya reklam örtükləri ilə bağlanması istehlakçıların məhsulun tarixini görməsinə mane olur. Mütəxəssislər bu məhsullar üçün xüsusi bölmələrin ayrılmasını və məlumatların oxunaqlı formada təqdim edilməsini təklif edirlər.

İqtisadçıların fikrincə, son istifadə müddəti yaxınlaşan məhsulların endirimlə satılması həm istehlakçılar, həm də marketlər üçün faydalıdır. Bu yanaşma qida israfının və mağazaların itkilərinin azalmasına, məhsulların daha əlçatan olmasına və satışların sürətlənməsinə imkan yaradır. Bununla yanaşı, məhsulun son istifadə tarixinin alıcıya əvvəlcədən və aydın şəkildə bildirilməsi vacibdir.

Ətraflı "Xəzər TV"-nin videomaterialında:

Nəsimi Ələsgərli

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости