https://news.day.az/azerinews/1861033.html Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Fyodor Şukin Azərbaycan Dövlət Musiqili-Dram Teatrına SSRİ Xalq artisti Müslüm Maqomayevin adının verilməsi haqqında sərəncam imzalayıb.

Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib

Azərbaycanca, 18 сентября 2026 18:53 (UTC +04:00) 177
Dərbənddəki Azərbaycan teatrına Müslüm Maqomayevin adı verilib

Dağıstan Respublikasının rəhbəri vəzifəsini müvəqqəti icra edən Fyodor Şukin Azərbaycan Dövlət Musiqili-Dram Teatrına SSRİ Xalq artisti Müslüm Maqomayevin adının verilməsi haqqında sərəncam imzalayıb.

AZƏRTAC xəbər verir ki, sənədə əsasən, müəssisə bundan sonra rəsmi olaraq "Müslüm Maqomayev adına Azərbaycan Dövlət Musiqili-Dram Teatrı" adlandırılacaq.

Qədim Dərbəndin mərkəzində yerləşən teatrın yenilənmiş binasının təntənəli açılışı bu ilin martında keçirilib. Rusiya Prezidenti Vladimir Putin mərasimdə videokonfrans vasitəsilə iştirak edib.

Genişmiqyaslı yenidənqurma işləri çərçivəsində müəssisə müasir səhnə, işıqlandırma və səs avadanlıqları ilə təchiz olunub. Binada, həmçinin rahat qrim otaqları və geniş tamaşa zalı yaradılıb.

F.Şukin qəbul edilmiş qərarın regionun mədəniyyəti üçün xüsusi rəmzi məna daşıdığını vurğulayıb. O qeyd edib ki, görkəmli azərbaycanlı müğənni, aktyor və bəstəkar Müslüm Maqomayev özünəməxsus səsə malik olub, onun bədii irsi milli sərvət olaraq qalır və bütün dünyada tanınır.

"Teatrın həyatında yeni səhifə açılması münasibətilə aktyorları təbrik edirəm. Əminəm ki, onlar dahi Müslüm Maqomayevin xatirəsini diqqətlə qoruyub saxlayacaqlar", - deyə Dağıstan rəhbəri bildirib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости