https://news.day.az/azerinews/1861429.html Suriyada güclü partlayışlar olub Suriyada, Hələb əyalətinin cənubunda, Əl-Ays yaşayış məntəqəsi ərazisində Suriya ordusuna məxsus obyektlərdən birinin ərazisində yerləşən sursat anbarında silsiləvi partlayışlar baş verib. Day.Az xəbər verir ki, bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb. Obyektdə ilk güclü partlayışdan sonra yeni partlayışlar baş verib.

Suriyada güclü partlayışlar olub

Azərbaycanca, 21 сентября 2026 11:19 (UTC +04:00) 179
Suriyada güclü partlayışlar olub

Suriyada, Hələb əyalətinin cənubunda, Əl-Ays yaşayış məntəqəsi ərazisində Suriya ordusuna məxsus obyektlərdən birinin ərazisində yerləşən sursat anbarında silsiləvi partlayışlar baş verib.

Day.Az xəbər verir ki, bu barədə Suriya Ərəb Xəbər Agentliyi (SANA) məlumat yayıb.

Obyektdə ilk güclü partlayışdan sonra yeni partlayışlar baş verib.

Partlayışların davam etməsi səbəbindən xilasedici və yanğınsöndürən briqadalar hələlik hadisə yerinə yaxınlaşa bilmirlər. Ərazidə təhlükənin davam etməsi ilə əlaqədar sakinlərə partlayışların baş verdiyi zonaya yaxınlaşmamaq çağırışı edilib.

Hadisənin səbəbləri, həmçinin ölən və xəsarət alanlar barədə hələlik məlumat verilmir.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости