https://news.day.az/azerinews/1864213.html Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq Yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti layihə həyata keçirilib.

Bu yolda hərəkət qaydası dəyişdi - Sürücülərə xəbərdarlıq

Azərbaycanca, 2 октября 2026 15:57 (UTC +04:00) 286
Bu yolda hərəkət qaydası dəyişdi

Yol hərəkətinin təkmilləşdirilməsi, nəqliyyat şəraitinin yaxşılaşdırılması, hərəkət iştirakçılarının təhlükəsizliyinin təmin edilməsi istiqamətində növbəti layihə həyata keçirilib.

Day.Az xəbər verir ki, Binəqədi qəsəbəsi istiqamətində yaranan nəqliyyat sıxlığının azaldılması məqsədilə Binəqədi şosesi ilə Zahid Qəmbərov küçəsinin kəsişməsində zolaq sayı artırılıb. Xətlənmə işləri aparılmaqla yeni düzünə hərəkət zolağı təşkil edilib.

Sözügedən yol kəsişməsində əvvəl düzünə hərəkət yalnız bir zolaqla mümkün idi. Dəyişiklikdən sonra nəqliyyat vasitələri hərəkətlərini artıq iki zolaqla davam etdirə bilirlər.

Həyata keçirilən bu layihə nəticəsində kəsişmənin buraxılıcılıq qabiliyyəti artıb, nəqliyyat vasitələrinin daha rahat və fasiləsiz hərəkəti təmin edilib.

Попробуй подписку Trend Premium за 1$
Присоединяйтесь к нам в мессенджерах:

Заметили ошибку в тексте? Выберите текст и сообщите нам, нажав Ctrl + Enter на клавиатуре

Лента новостей

Еще новости